Rusiya prezidenti Vladimir Putin tacikistanlı həmkarı Emoməli Rəhmon ilə Bişkekdə danışıqlar aparır. Daha sonra MDB Dövlət Başçıları Şurasının iclasının keçirilməsi planlaşdırılır.
Busaat.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Kremlin köməkçisi Yuri Uşakov bir müddət əvvəl bildirib ki, gündəmdə bir çox məsələlər var: ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə daha da inkişafı, regional təhlükəsizlik məsələləri, ilk növbədə, Tacikistanın Əfqanıstanla sərhədindəki vəziyyət, 201-ci hərbi bazanın fəaliyyəti ilə bağlı məsələlər.
Xatırladaq ki, Putin bir gün əvvəl Bişkekə səfər edib. O, artıq qırğızıstanlı həmkarı Sadır Japarov və ölkəmizin başçısı Cənab Prezident İlham Əliyevlə danışıqlar aparıb.