Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Busaat.az xəbər verir ki, qəza səhər saatlarında şəhərin bulvar ərazisində qeydə alınıb.
İdarəetmədən çıxan BMW markalı avtomobil “Toyota”, “Kia” və “Opel” markalı minik maşınlarına çırpılıb, daha sonra isə aşıb.
Qəza nəticəsində BMW markalı maşının sürücüsü xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları gəlib.









