İmişlinin Məzrəli kəndində təkər təmiri sexində partlayış olub.
Busaat.az xəbər verir ki, təkər təmiri sexində “MAN” markalı yük avtomobilinin pnevmatik hava balonuna hava vurularkən balon partlayıb.
Hadisə nəticəsində Səxavət Məmmədov və Nurlan Fətəliyev xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.









