Azərbaycan çox tolerant ölkədir – İsrail prezidenti

image-hersoq-bakida-1backend
image-uzb_ads_desk

Bu gün AQEM-in Zirvə Toplantısını Azərbaycanda keçirməyimiz çox əlamətdardır. Çünki Azərbaycan çox tolerant ölkədir.

Bunu İsrail Dövlətinin Prezidenti İshaq Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

İsrail Prezidenti bildirib ki, Azərbaycan Prezidenti ölkənin inkişafına töhfə verən vacib işlər görməkdədir:

“Azərbaycan çoxlu təzyiqlər olduğu şəraitdə beynəlxalq sülh üçün vacib addımlar atmaqdadır. AQEM-in yaradılması bir məqsədə söykənərək yaradılıb. AQEM etimad quruculuğu tədbirlərini həyata keçirməkdədir. Qazaxıstan Prezidenti də bu təşəbbüsdə olduqca vacib rol oynayıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki