Bu gün 2026-cı il tarixində Bakının üç rayonunun bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində S. Fərziyev küçəsində, həmçinin Sabunçu rayonunun Ramana qəsəbəsinin bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.









