Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft94.87 $▼0.42%
  • WTI neft87.84 $▼0.57%
  • Avropa qazı (TTF)86.07 €▼5.37%
  • Təbii qaz (ABŞ)3.170 $▲0.38%
  • Qızıl3 871 $▲0.02%
  • Gümüş47.52 $▲0.42%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda590.25 ¢▲0.60%
  • Bitcoin64 110 $▼1.84%
  • Ethereum1 796 $▼2.09%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Siyasət

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

image-sergey_lavrov_hd-768x403
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

3+3 formatında (Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və İran) növbəti görüş Azərbaycanda keçirilə bilər.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirakının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

“Azərbaycan və Türkiyənin təşəbbüsü ilə yaradılmış 3+3 formatını qeyd etmək istərdim. Bu formata Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və İran daxildir. Biz bir neçə dəfə görüşmüşük, hazırda Ermənistanla Azərbaycanın bu qrupun xarici işlər nazirlərinin növbəti görüşünə kimin ev sahibliyi edəcəyi barədə razılığa gəlməsini gözləyirik”, – Rusiya XİN rəhbəri deyib.

Lavrov hesab edir ki, növbəti görüş Bakıda, ondan sonrakı görüş isə İrəvanda keçirilə bilər:

“Düşünürəm ki, yaxınlaşan görüşü Azərbaycanda, növbətisini isə İrəvanda keçirmək mümkündür. Bu, düzgün olardı”.

Nazir vurğulayıb ki, 3+3 formatı hərtərəfli əməkdaşlıq platformasıdır və ümumi regional kontekstdən kənarda həyata keçirilməsi planlaşdırılan hər hansı bir layihə ilə məhdudlaşmır:

“Azərbaycan və Türkiyənin təklif etdiyi 3+3 formatını fəal şəkildə dəstəkləyirik”.// Teleqraf

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=187440