“Şimal-Cənub” nəqliyyat dəhlizi Azərbaycan iqtisadiyyatına nələr vəd edir? – Deputat rəyi

Vüqar Bayramovbackend

“Bu layihə Azərbaycanın strateji mövqeyinin güclənməsi baxımından əhəmiyyətlidir”.

Busaat.az xəbər verir ki, bunu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin istifadəyə verilməsinin Azərbaycana qazandıracağı dividendləri dəyərləndirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.

Deputata görə, sözügedən layihənin həyata keçməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından vacibdir. Çünki beynəlxalq daşımalar ölkəmizin qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir:

“”Şimal-Cənub” nəqliyyat dəhlizi Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına ilk konteyner blok qatarı yola salınılıb. Dəhliz ilə ilk konteyner qatarı Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Hindistana çatdırılacaq. Süveyş kanalında son baş verən qəzadan sonra “Şimal-Cənub” nəqliyyat dəhlizinin əhəmiyyəti daha da yüksəlib. Belə ki, nəinki region ölkələri, həmçinin inkişaf etmiş dövlətlər layihəyə regionda əsas alternativ nəqliyyat dəhlizi kimi yanaşırlar. Bu isə dəhlizin iqtisadi səmərəliliyini artırmaqla yanaşı, strateji əhəmiyyətini də yüksəldib.

Rusiyadan Hindistana qədər uzanan nəqliyyat dəhlizi region üzrə beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcək. Azərbaycan həm investisiya, həm infrasturuktur baxımından layihənin reallaşmasına dəstək verib. Güman edilir ki, “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin reallaşması beynəlxalq yükdaşımanın həcminin artmasına və qeyri-neft gəlirlərimizin artmasına imkan verəcək. Xüsusən də Zəngəzur dəhlizinin istifadə veriləcəyi kontekstindən bölgəni əhatə edən beynəlxalq nəqliyyat layihələrinin əhəmiyyəti yüksəlməkdədir”.

Qeyd edək ki, 2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən “Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi” layihəsi yaradılıb. 2005-ci ildən etibarən layihənin önəmli parçasına çevrilən Azərbaycan aktiv şəkildə dəhlizin reallaşmasına dəstək olub.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90