Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.76 $▼1.91%
  • WTI neft90.34 $▼1.21%
  • Avropa qazı (TTF)85.98 €▼4.08%
  • Təbii qaz (ABŞ)3.003 $▲1.59%
  • Qızıl4 080 $▲0.63%
  • Gümüş51.97 $▲0.81%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda590.50 ¢▼0.80%
  • Bitcoin75 852 $▼0.15%
  • Ethereum2 236 $▲0.07%
  • S&P 5007 377▲0.27%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Gündəm

İlin sonunda əfv sərəncamı imzalanacaq?

image-efv-768x403
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“İlin sonuna kimi gözləyirik ki, əfv olacaq, ancaq biz də dəqiq bilmirik. Çünki Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası hələ toplanmayıb. Amma cari ilin sonunda əfv sərəncamının olması ehtimalı var. İstəyərəm, hamısı əfvə düşsün, bir siyasi məhbus belə qalmasın, biz də rahat oturaq, sadə vətəndaşların işlərinə baxaq. Bilirsiniz ki, qanunu pozan çox məhkəmələr olur, tək siyasi məsələdə deyil, ayrı məsələlərdə də çox adamların hüquqları pozulur”.

Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

N.Cəfəroğlu Avropa Parlamentinin qəbul etdiyi qətnamədə məhbusların azadlığa buraxılmasına görə etdiyi çağırışa da münasibət bildirib: “Avropalılar başa düşməlidirlər ki, onların bizə münasibəti necədirsə, bizim də onlara münasibətimiz o cürdür. Avropa Parlamenti, Avropa İttifaqı daim Azərbaycana neqativ, yanlış davranıb. 30 ildir, insan haqlarının pozulmasını görürük. Hazırki dövrdə minlərlə insan mina qurbanı olur, bu insan haqlarının pozulması deyil? Şəhərlər minaların üzərindədir. Amma onlara qarşı bir tədbir belə görmürlər, nəisə etmirlər. Avropa ilə sözsüz ki, danışıqlara getməliyik, danışmalıyıq, amma onların bizə münasibətini görəndə dövlətimiz də onların sözünə baxmır, onların dediyi ilə hərəkət etmir. Biz istəyirik ki, siyasi məhbus məsələsi Azərbaycanda qurtarsın, ancaq onun-bunun sözünə görə, Avropanın diktəsi ilə deyil”.

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=187549