“Azərbaycanın öz suveren sərhədlərində qurduğu Laçın buraxılış məntəqəsinin fəaliyyətini tənqid edən və sözdə “etnik təmizləmə” və ya “blokada” kimi ifadələrdən istifadə etməkdən belə çəkinməyən bir sıra beynəlxalq qurumlar bilirlərmi etnik təmizləmə məhz Azərbaycanlılara qarşı olub. Və həmin etnik təmizləmə onların bu gün müdafiə etməyə çalışdığı Ermənistanda yaşanıb”.
Busaat.az xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Vüqar Bayramov öz sosial media hesabında yazıb.
V.Bayramov bldirib ki, Ermənistanın özünün təqdim etdiyi rəsmi rəqəmlərə diqqət etsək görərik ki, Ermənistan Statistika İdarəsinin 1979-cu il üzrə əhalinin rəsmi siyahıyaalma hesabatına əsasən, bu ölkədə 160,841 Azərbaycanlı yaşayıb. İrəvan o zaman əhalinin 5.3 faizinin azərbaycanlıların təşkil etdiyini bəyan edib. Və həmin ölkədə 2011-ci il rəsmi siyahıyaalma zamanı Ermənistanda yaşayan azərbaycanlıların sayı sıfırdır.
“Ermənistanın öz rəsmi statistikası bu ölkədə azərbaycanlılara qarşı etnik təmizləmənin baş verdiyini bir daha təsdiq edir. Görəsən, bu faktlar bəzi beynəlxalq qurumların diqqətindən niyə kənarda qalır?”,- deputat qeyd edib.