Azərbaycan XİN Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

image-xin-4backend

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib.

Busaat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Füzulidəki mina partlayışı ilə bağlı “X” hesabında yaydığı paylaşımda qeyd olunub.

“Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir. Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb, qurbanların sayı 333-ə çatıb. Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənistanı mina sahələrinin dəqiq xəritələrini verməyə çağırmalıdır”, – paylaşımda vurğulanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki