Azərbaycanda xaricdə iş və təhsil sahəsində yeni standartlar: First Academy-nin inkişaf modeli diqqət çəkir

image-c1d35a17-47a5-4c27-bc4e-c44c33accadc-1000x600backend
image-uzb_ads_desk

Son illərdə xaricdə iş və təhsil proqramlarına marağın sürətlə artması bu sahədə fəaliyyət göstərən şirkətlər qarşısında yeni tələblər formalaşdırıb. Artıq vətəndaşlar yalnız xaricə getmək deyil, eyni zamanda təhlükəsiz, şəffaf və uzunmüddətli nəticə verən proqramlar axtarırlar.

Məhz bu istiqamətdə fəaliyyətini genişləndirən First Academy son dövrlərdə xaricdə iş, Ausbildung və beynəlxalq təhsil proqramları üzrə həyata keçirdiyi layihələrlə diqqət mərkəzinə düşən şirkətlərdən biri hesab olunur.

Şirkət hazırda Almaniya, Slovakiya və Çexiya istiqamətləri üzrə iş proqramları, eyni zamanda Avropa, Asiya və Amerika ölkələri üzrə təhsil və hazırlıq proqramları həyata keçirir.

First Academy-nin fəaliyyətində əsas fərqləndirici məqamlardan biri müraciətçilərin xaricə göndərilməsindən əvvəl onların qəbul olunacaqları ölkələrin tələblərinə uyğun hazırlanmasıdır.

Şirkətin direktoru Vüsal Qəribov bildirir ki, xaricdə uğur qazanmağın əsas şərti düzgün hazırlıqdır:

“Biz hesab edirik ki, insanı sadəcə xaricə göndərmək kifayət deyil. Şəxs həmin ölkədə işləyə, təhsil ala və uğur qazana bilməlidir. Buna görə də hazırlıq mərhələsinə xüsusi önəm veririk.”

Şirkət Almaniya proqramları üzrə müraciətçilərin Alman dili hazırlığına xüsusi diqqət ayırır. First Academy rəhbərliyinin fikrincə, Almaniyada uğurlu karyera qurmaq üçün dil biliyi əsas amillərdən biridir və bu mərhələni keçmədən verilən vədlər real nəticə yaratmır.

Eyni yanaşma Slovakiya və digər istiqamətlərdə də tətbiq olunur. Müraciətçilərə əmək bazarının tələbləri, iş mühiti, dil hazırlığı və peşə bacarıqları ilə bağlı dəstək göstərilir.

Son illərdə şirkətin beynəlxalq əlaqələrinin də əhəmiyyətli dərəcədə genişləndiyi bildirilir. First Academy nümayəndələri mütəmadi olaraq xarici tərəfdaşlarla görüşlər keçirir, əməkdaşlıq müqavilələri imzalayır və yeni iş imkanlarının Azərbaycana gətirilməsi istiqamətində fəaliyyət göstərirlər.

Şirkətin tərəfdaş şəbəkəsinə müxtəlif ölkələrdə fəaliyyət göstərən təhsil müəssisələri, işəgötürən şirkətlər və insan resursları təşkilatları daxildir.

Müşahidəçilərin fikrincə, xaricdə iş və təhsil sektorunda ən vacib meyarlardan biri vətəndaşların düzgün məlumatlandırılması və real gözləntilərin formalaşdırılmasıdır. Bu baxımdan hazırlıq, şəffaflıq və beynəlxalq əməkdaşlıq modelinə üstünlük verən şirkətlərin bazarda rolu getdikcə artır.

First Academy rəhbərliyi də yaxın illərdə yeni ölkələr üzrə proqramların açılması, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi və Azərbaycan vətəndaşlarının xarici əmək bazarlarına daha hazırlıqlı şəkildə çıxışının təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirir.

Qeyd edək ki, son illərdə xaricdə iş və təhsil proqramlarına marağın artması fonunda peşəkar hazırlıq və beynəlxalq əməkdaşlıq modelini əsas fəaliyyət istiqaməti seçən şirkətlər əmək miqrasiyası bazarında mühüm rol oynamağa başlayıblar. First Academy də bu istiqamətdə fəaliyyətini genişləndirən və inkişaf etdirən əsas şirkətlər sırasında göstərilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki