Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft91.93 $▲0.55%
  • WTI neft86.44 $▲0.90%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.303 $▲2.80%
  • Qızıl4 035 $▼2.17%
  • Gümüş51.46 $▼3.35%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 776 $▼1.97%
  • Ethereum2 057 $▼3.55%
  • S&P 5007 521▼0.37%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürüb

image-images
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Busaat.az  xəbər verir ki, fərmanın icrası çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti, eləcə də Salyan, Şəmkir, Ağsu və Hacıqabul Rayon İcra Hakimiyyətləri öz informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürüblər.

Adıçəkilən İcra Hakimiyyətləri İT resurslarını “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas data mərkəzinə yerləşdiriblər. “AzInTelecom” tərəfindən qurumlara Virtual server – IaaS (İnfrastructure-as-a-Service) xidməti təqdim edilib. Bununla da qeyd edilən qurumlar kritik sistemlərin yüksək əlçatanlığına nail olublar.

Qeyd edək ki, “Hökumət buludu” layihəsi çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Nəticədə qurumların cari İT xərcləri azalır, informasiya sistemlərinin məhsuldarlığı artır. Təhlükəsiz və dayanıqlı İT infrastrukturuna, eləcə də 24/7 rejimində monitorinq xidmətinə nail olunur.

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC bulud xidmətləri sahəsində TIER III beynəlxalq standartları üzrə fəaliyyət göstərir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=186145