Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yeni vəzifələri müəyyənləşdi

image-1785752602-6a706afff0d9c6a706afff0d9d17857523196a706afff0d9a6a706afff0d9bbackend
image-uzb_ads_desk

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yeni vəzifələri müəyyənləşib.

Busaat.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini “Dənizçilik” və “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemlərinin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi, bu informasiya sistemlərinin “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə sistemlərin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.

Eyni zamanda “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemində formalaşdırılan məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən Müdafiə Nazirliyinin müvafiq informasiya sisteminə ötürülməsini təmin etməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki