Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar – FOTOLAR

image-6a6ca619796ce6a6ca619796cf17855053056a6ca619796cc6a6ca619796cdbackend
image-uzb_ads_desk

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva iyulun 31-də Çolpon-Ata şəhərində Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova və Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə birlikdə “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub.

Busaat.az xəbər verir ki, “Altın-Balalıq” sağlamlıq və reabilitasiya mərkəzi 2022-ci ilin mayından fəaliyyət göstərir. Müəssisənin əsas məqsədi uşaqlara yüksəkkeyfiyyətli tibbi-reabilitasiya xidməti göstərmək və onların istirahətini təmin etməkdir.

Mərkəzdə 800 çarpayılıq 136 otaq var. Hər il yay tətili dövrü Qırğızıstanın bütün bölgələrindən və qonşu ölkələrdən 8 min-8 min 500 uşaq burada fəaliyyət göstərən yay düşərgəsində istirahət edir. Mərkəz hər ilin sentyabrından isə növbəti ilin iyununadək reabilitasiya üçün əlilliyi olan uşaqları qəbul edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki