ISKA Service əmtəə nişanı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində dövlət qeydiyyatına alınıb.
Əmtəə nişanı ilə bağlı Şəhadətnamə № N 2019 0008-dir. Sənəddə əmtəə nişanının ilkinlik tarixi 29 iyun 2018-ci il, dövlət reyestrində qeydiyyat tarixi isə 15 aprel 2019-cu il göstərilib.
Şəhadətnamədə əmtəə nişanının sahibi Əliyev İsfəndiyar Adıgözəl oğlu kimi qeyd olunub.









