Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafiki dəyişəcək

image-1783525706_qatar-adybackend
image-uzb_ads_desk

Ənənəvi mövsümlərarası keçidlə əlaqədar 19 sentyabrdan etibarən Bakı-Qəbələ-Bakı reyslərinin qrafikinə dəyişiklik ediləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən  verilən məlumata görə, qatarlar Bakıdan Qəbələyə həftənin şənbə günü, Qəbələdən Bakıya isə bazar günü hərəkət edəcək.

ADY sərnişinlərə qeyd olunan tarixdən sonrakı səfər planları üçün yeni qrafiki nəzərə almaqlarını tövsiyə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki