Çexiyada yoldan keçənlərə bıçaqla hücum edildi – Yaralılar var

image-1786135557_images-3backend
image-uzb_ads_desk

Çexiyanın şimal-qərbində bir kişi yoldan keçənlərə bıçaqla hücum edərək üç nəfəri – iki kişi və bir qadını ağır yaralayıb.

Busaat.az  xəbər verir ki, yaralıların hamısının vəziyyəti ağırdır.

Hadisə Tanvald şəhərində baş verib. Yaralılar helikopterlə qonşu Liberets şəhərindəki xəstəxanalara çatdırılıb. Polisin məlumatına görə, hücum edən şəxs saxlanılıb və o da yaralanıb.

Ağır yaralanan üç nəfərdən əlavə, gözyaşardıcı qazdan zərər görə daha bir qadına tibbi yardım lazım olub.

Hüquq-mühafizə orqanları artıq ictimaiyyət üçün təhlükə olmadığını bildirib. Hücumun səbəbi hələlik müəyyən edilməyib. Faktla bağlı araşdırma başlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki