Vəfa Aktuz: “Şəhid ailələri və qazilərimizə mənəvi borcumuz var”

image-img-20260918-wa0062backend
image-uzb_ads_desk

Ankarada Azərbaycan–Türkiyə qardaşlığının mənəvi dəyərlərini əks etdirən görüş keçirilib

“Qazi Qadınlar” İctimai Birliyinin sədri Rada Abbasın təşəbbüsü ilə Türkiyəyə səfər edən 10 şəhid anası Türkiyə Böyük Millət Məclisinin (TBMM) Yenidən Rifah Partiyasının İstanbul millət vəkili Doğan Bekini ziyarət edib.

Səfər çərçivəsində Yenidən Rifah Partiyasının Xarici Əlaqələr üzrə vitse-prezidentinin köməkçisi Vəfa Aktuzun koordinasiyası ilə “Qazi Qadınlar” İctimai Birliyinin sədri Rada Abbas, Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın yaxınları, Azərbaycan Dərnəyinin sədri və Hüseyn Cavid məktəbinin müdiri Şərqiyə Məmmədova, eləcə də təhsillərini davam etdirən azərbaycanlı uşaqlar Baş Qərargahda qonaq olublar.

Görüş zamanı Azərbaycanın ərazi bütövlüyü və Qarabağın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların ailələrinə minnətdarlıq və mənəvi dəstək ifadə olunub.

Vəfa Aktuz üçün şəhid ailələri və qazilərlə görüş xüsusi məna daşıyıb. O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra müalicə üçün Türkiyəyə gələn azərbaycanlı qazilərin taleyinə hər zaman böyük həssaslıqla yanaşıb.

Vəfa Aktuz üç ilə yaxın davam edən müalicə müddətində İstanbulda olan qazilərlə mütəmadi maraqlandığını, onların müalicə prosesinə dəstək göstərdiyini, maddi və mənəvi baxımdan yanlarında olmağa çalışdığını qeyd edib.

“Şəhid analarımızı, şəhidlərimizin həyat yoldaşlarını və qazilərimizi burada görmək mənim üçün xüsusi və olduqca duyğulu bir məqamdır. 44 günlük Vətən müharibəsində döyüşən qazilərimizin müalicəsi ilə İstanbulda yaxından maraqlanmışam. Üç il davam edən müalicə müddətində onlarla mütəmadi əlaqədə olmuş, imkan daxilində maddi və mənəvi olaraq yanlarında dayanmışam. Buna görə şəhid ailələrimizə və qazilərimizə qarşı mənim üçün çox xüsusi bir həssaslıq var. Onların hər biri bizim üçün əziz və dəyərlidir”, – deyə Vəfa Aktuz bildirib.

Görüşdə Qarabağın azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinin daim uca tutulacağı vurğulanıb.

Qonaqlara səmimi ziyarətlərinə görə təşəkkür bildirilib. Görüşün təşkilində və koordinasiyasında göstərdiyi xüsusi diqqətə görə Vəfa Aktuzun fəaliyyəti də qeyd olunub.

Sonda bütün şəhidlərimizə Allahdan rəhmət, onların ailələrinə səbir, qazilərimizə isə möhkəm cansağlığı arzulanıb.

image-whatsapp-image-2026-09-18-at-22-11-00-1 image-whatsapp-image-2026-09-18-at-22-10-59


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki