Lift əvəzinə pilləkənlərdən istifadə edin – Səbəbi isə…

image-imagesbackend
image-uzb_ads_desk

Şərqi İngiltərə Universiteti və Norfolk və Norviç Universitet Xəstəxanasının alimləri 480 mindən çox insanın məlumatlarını əhatə edən araşdırma aparıblar.

Busaat.az  xəbər verir ki, nəticələrə görə, müntəzəm olaraq pilləkənlərlə qalxan insanların ürək-damar xəstəliklərindən ölüm riski 39 faiz, hər hansı səbəbdən ölüm riski isə 24 faiz daha aşağıdır. Pilləkənlərdən istifadə həmçinin infarkt, insult və ürək çatışmazlığı kimi ciddi ürək-damar problemlərinin yaranma ehtimalının azalması ilə əlaqələndirilib.

Alimlər bildirirlər ki, pilləkənlərlə qalxmaq xüsusi avadanlıq və əlavə vaxt tələb etmədən gündəlik fiziki aktivliyi artırmağın sadə üsuludur. Araşdırmaya görə, gündə təxminən 6 mərtəbə pilləkən qalxmaq xüsusilə faydalı ola bilər. Bununla belə, sağlamlıq üçün optimal müddət və tezliyi müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Araşdırmanın nəticələri “American Journal of Cardiovascular Drugs” jurnalında dərc olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki