Tatarıstanda matəm elan edildi

image-tia_e5c1528d4d542bf09db27a0cb9539294_6irn7qgtulch1p8z4ekb-645x430backend
image-uzb_ads_desk

Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Rusiyanın Tatarıstan Respublikasına hücum edib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Tatarıstan rəhbərinin Mətbuat xidməti yayıb.

İlkin məlumata görə, Nijnekamsk şəhərində sənaye və mülki obyektlərə edilən bu hücum nəticəsində ölənlər var.

Hazırda hücumun davam etdiyi bildirilib.

Bununla yanaşı, bölgənin rəhbəri Rüstəm Minnixanov hadisə ilə bağlı Tatarıstanda matəm elan olunması ilə bağlı qərar qəbul edib.

***

Tatarıstan rəhbərinin Mətbuat xidmətinin məlumatına görə, hücum nəticəsində 12 nəfər həlak olub, daha 39 nəfər isə yaralanıb. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki