Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 609 $▼0.19%
  • Ethereum2 224 $▼0.55%
  • S&P 5007 377▲0.27%
11°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Mədəniyyət

Bakıda “Birgə Rənglənən Tarix” adlı sərgi açılıb

image-bf6a8396-jpg_result-2048x1365
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

23 sentyabr 2026-cı il tarixində D’Art Gallery-də türk dünyasının ortaq mədəni irsinə həsr olunmuş “Birgə Rənglənən Tarix” adlı rəssamların qrup sərgisinin açılış mərasimi keçirilib.

Sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı və “ArtCoLab” Yaradıcılıq Mərkəzinin təşkilati dəstəyi ilə ərsəyə gəlib.

Hazırlıqları bir ildən çox davam edən sərgidə 15 rəssamın 26 əsəri təqdim olunub. Kətan üzərində yağlı boya ilə işlənmiş əsərlər xüsusi çərçivələrdə, nəfis tərtibatla nümayiş etdirilib. Əsərlərdə türk dünyasını birləşdirən ortaq tarix, mədəniyyət və dəyərlər müxtəlif yaradıcı yanaşmalarla əks etdirilib. Layihənin əsas məqsədi türk dünyasının ortaq mədəni irsinin təsviri sənət vasitəsilə tanıdılması, rəssamların yaradıcılığının geniş auditoriyaya təqdim edilməsi və mədəni əlaqələrin möhkəmləndirilməsidir.

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin sədri Fidan Ağayeva salamlama nitqi ilə çıxış edib.

Layihə rəhbəri, “Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyinin sədr müavini və “ArtCoLab” Yaradıcılıq Mərkəzinin rəhbəri Çinarə Allahyarlı, həmçinin sərginin bədii rəhbəri, “ArtCoLab” Yaradıcılıq Mərkəzinin müəllimi Ülkər Məmmədli sərgiyə hazırlıq və yaradıcılıq prosesi barədə məlumat veriblər.

Mərasimdə Milli Məclisin deputatları Ceyhun Məmmədov və İlham Məmmədov, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Fəxri Hacıyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri sənət və sənətşünaslıq” fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Rzayeva, eləcə də “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxış ediblər.

Təltifetmə mərasimində rəssamlara iştirak sertifikatları ilə yanaşı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın və Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyevanın imzaladıqları sertifikatlar təqdim olunub. Sərginin ərsəyə gəlməsində əməyi olan şəxslər təşəkkürnamələrlə təltif ediliblər.

Sərgi sentyabrın 25-dək D’Art Gallery-də ziyarətçilər üçün açıqdır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=186905