ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin qışa qədər Kiyevə 300 ədəd “Patriot” raketi tədarük etmək barədə xahişini rədd edib.
Busaat.az xəbər verir ki, bu barədə Amerikanın “The Atlantic” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Zelenski enerji infrastrukturunu qorumaq və qış mövsümündə mümkün hücumların qarşısını almaq məqsədilə Trampdan 300 raket təmin etməyi xahiş edib. ABŞ lideri isə bu xahişi rədd edib
Eyni zamanda, Tramp silahları birbaşa təchiz etmək əvəzinə, Ukraynaya öz “Patriot” ələkeçirici raketlərini istehsal etmək üçün lisenziya verməyə hazır olduğunu bildirib.
Xatırladaq ki, daha əvvəl Tramp Ukraynaya “Patriot” hava hücumundan müdafiə raket sistemlərini istehsal etmək üçün lisenziya verilməsi barədə qərarı təsdiqləməyə hələ hazır olmadığını bəyan etmişdi. O, Vaşinqtonun məsələni nəzərdən keçirməyə davam etdiyini qeyd etsə də, sözügedən silahların unikal olduğunu vurğulamışdı.
Yeganə









