Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 812 $▲0.08%
  • Ethereum2 234 $▼0.11%
  • S&P 5007 377▲0.27%
12°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Hadisə

2 nəfərin ölümünə səbəb sürücünün yuxulaması olub

image-qeza
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) iyunun 8-i Goranboyun Səmədabad kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Busaat.az xəbər verir ki, qurumdan verilən məlumata görə, hadisə zamanı “VAZ 2107” markalı avtomobilin sürücüsünün sükan arxasında yuxuladığı ehtimal olunur.

Bildirilib ki, 73 yaşlı rayon sakini Səməndər Cəfərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn 86 yaşlı həmyerlisi Şahbaz Qarayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub.

Nəticədə Şahbaz Qarayev, eləcə də Səməndər Cəfərovun sərnişini Rza Qasımov hadisə yerində ölüblər.

Baş Dövlət Yol Polisi İdarəsi yorğun, yuxusuz və ya səhhətində problem olan şəxslərin sükan arxasında əyləşməsi səbəbindən dəfələrlə ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin törədildiyini bir daha təəssüflə qeyd edir, sürücülərə müraciət edərək onları belə hallardan çəkinməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.

Hazırda faktla bağlı araşdırma aparılır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=185173