2 ailənin 112 üzvü illər sonra dəfn olundu – Qəzzada dəhşət

image-1785913627-gazzede-yurek-yakan-goruntu-112-cenaze-3-yil-20118179_7630_ampbackend
image-uzb_ads_desk

2023-cü ilin noyabr ayında Qəzzanın Səbra məhəlləsində İsrailin bombardmanı nəticəsində həlak olan Əbu Şəriə və Əl-Həsəyinə ailələrinin 112 üzvünün meyiti 136 saatlıq axtarışdan sonra dağıntılar altından çıxarılıb.

Busaat.az  xarici mətbuatına istinadən xəbər verir ki, İsrail hücumları və bölgədəki ağır humanitar vəziyyət səbəbindən aylarla davam edən gecikmələrdən sonra meyitlər dəfn edilib.

Qeyd olunur ki, 112 meyitdən 40-ı uşaq, 38-i qadın və 7-si fiziki məhdiyyətli şəxs olub.

Qəzza Mülki Müdafiə İdarəsi 157 nəfərin hələ də itkin düşdüyünü açıqlayıb, Birləşmiş Millətlər Təşkilatı isə iyul ayının Qəzzada ilin ən ölümcül ayı olduğunu bildirib.

  • 2 ailənin 112 üzvü illər sonra dəfn olundu - Qəzzada dəhşət
  • 2 ailənin 112 üzvü illər sonra dəfn olundu - Qəzzada dəhşət
  • 2 ailənin 112 üzvü illər sonra dəfn olundu - Qəzzada dəhşət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki