Ruslan Kəngərli vəzifəsindən azad edildi

image-1785914646_1740994947_11backend
image-uzb_ads_desk

Ruslan Aslan oğlu Kəngərli “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilib.

Məlumata görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb.

Qeyd edək ki, R.Kəngərli 2023-cü ilin noyabr ayından sədr müavini vəzifəsində çalışırdı. 2025-ci ildə sədr vəzifəsinin müvəqqəti icrası ona həvalə edilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki