İşdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi

image-1787209886-1784705281_1622699656_qovulmabackend
image-uzb_ads_desk

Azərbaycanda yanvar-iyul ayları ərzində işdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirilib.

Busaat.az  xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-iyul ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 456 min 49 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 91 faizi əməkhaqqı, 9 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki