Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.76 $▼1.91%
  • WTI neft90.34 $▼1.21%
  • Avropa qazı (TTF)85.98 €▼4.08%
  • Təbii qaz (ABŞ)3.003 $▲1.59%
  • Qızıl4 080 $▲0.63%
  • Gümüş51.97 $▲0.81%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda590.50 ¢▼0.80%
  • Bitcoin75 852 $▼0.15%
  • Ethereum2 236 $▲0.07%
  • S&P 5007 377▲0.27%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Cəmiyyət

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı – Yeni qərar

image-1758343078-1535250-768x403
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İqtisadi təhlükəsizliyə təxribat və mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin cari həbs müddəti başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məhkəməyə müraciət edib.

Vəsatətdə xüsusilə ağır cinayət işi üzrə 13 aylıq istintaq müddətinin kifayət etmədiyi, irihəcmli iş üzrə əlavə sübutların toplanmasının zəruri olduğu bildirilib. İstintaq uzadıldığından təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin də artırılması xahiş olunub.

Səbail Rayon Məhkəməsi vəsatəti əsaslı sayaraq təmin edib. Hakimin qərarı ilə Adnan Əhmədzadənin həbs müddəti son həddə qədər – 6 ay uzadılıb.

Qanuna əsasən, xüsusilə ağır cinayət işləri üzrə ibtidai istintaq ərzində həbsdə saxlanılmanın son həddi 13 aydır. Müstəsna hallarda isə bu müddət 19 aya qədər uzadıla bilər.

Qeyd edək ki, Adnan Əhmədzadə əvvəllər SOCAR-da yüksək vəzifədə çalışıb. Sonradan dünyada neft maqnatı kimi tanınan Əhmədzadə ötən ilin sentyabrında DTX tərəfindən həbs olunub.

MüəllifFərid Mustafayev

Xəbəri paylaş

busaat.az/?p=187564