Məşhur amerikalı aparıcı Tom Laykis “Twitter” səhifəsində ermənilərin Los-Ancelesdə magistral yolu bağlamalarına münasibət bildirib.
Busaat.az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir:
“Ermənilər nə vaxt öyrənəcəklər ki, los-anceleslilər Ermənistana heç tüpürmürlər? Bu qədər narahatsınızsa, geri qayıdın. Bizdən sizin üçün etiraz etməyimizi gözləməyin! Biz bunu etməyəcəyik!”
Qeyd edək ki, Los-Ancelesdə yaşayan ermənilər Azərbaycanın öz torpaqlarını işğalçı Ermənistan ordusundan təmizləməsinə “etiraz” adı altında Burbank şəhərinin 134 saylı magistralını qanunsuz olaraq bağlayıb. Onların bu addımı yerli sakinlərin ciddi narazılığıa səbəb olub.