Türkiyədə əmioğluları arasında silahlı insident olub.
Busaat.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Qaziantep rayonunu Şahinbəy qəsəbəsində baş verib.
Qız almaq üstündə əmioğlular arasında əvvəlcə mübahisə başlayıb. Sonradan mübahisə böyüyüb və silahlı insidentə çevrilib. Nəticədə 4 nəfər yaralanıb.
Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri yaralılardan Mehmet Kerenin öldüyünü müəyyən ediblər. İkisi ağır 3 yaralı isə xəstəxanaya aparılıb. Xəstəxanada yaralılardan Eyüp Kereni də xilas etmək mümkün olmayıb.
Dünyasını dəyişən iki qardaşın meyiti müayinə üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib. Araşdırma aparılır.