“Azərbaycan ordusu mühüm mövqeləri və yüksəklikləri azad etməyə davam edir” – AÇIQLAMA

“Azərbaycan ordusu mühüm mövqeləri və yüksəklikləri azad etməyə davam edir” – AÇIQLAMAbackend

“Cəbhədə baş verənlərlə bağlı rəsmi məlumatları Müdafiə Nazirliyi vaxtaşırı məlumat yayır”.

Busaat.az xəbər verir ki bu barədə danışan deputat Elman Məmmədov bildirib ki, Azərbaycan ordusu əks hücum əməliyyatı keçiriərək düşməni geri çəkilməyə məcbur edir:

“Mən də cəbhə bölgsinin işğal zonasında olan deputat kimi çox ciddi maraqlanıram. Hazırda vəziyyət ordumuzun nəzarəti altındadır. Azərbaycan ordusu düşmənə sarsıdıcı və dağıdıcı zərbələr endirməkdə davam edir. Düşmənin müqavimət göstərən hərbi qüvvələri, silah-sursatı və ağır texnikası məhv edilir. Düşmən geri otuzdurulur.

Ərazilərimiz işğaldan azad edilməyə başlayıb. Azərbaycan ən mühüm mövqeləri və yüksəklikləri ələ keçirməkdə davam edir. Bu gün Azərbaycan ordusunun uğurları onu göstərir ki, həqiqətən hərbiçilərimiz yüksək döyüş qabiliyyətinə malikdir. Hazırda ordumuz yüksək döyüş qabiliyyəti nümayiş etdirərək düşməni qorxuya salıb. Əlbəttə ordu-xalq birliyi xüsusi əhəmiyyət kəsb edir.

Ali Baş Komandanımızın qətiyyətli, cəsarətli və müdrik qərarları artıq müsbət nəticəsini verməkdədir. İnşallah tezliklə ordumuz işğal altında olan bütün torpaqlarımızı azad edəcək. Qələbə bizimlədir”.

Sonxeber.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki