“Azərbaycan Ordusunun Şuşaya doğru irəliləməsi…” – FOTO

“Azərbaycan Ordusunun Şuşaya doğru irəliləməsi…” – FOTObackend

 

“Müharibə başlayan günü Füzulidən geri çəkilib, Məngələnataya köçən erməni döyüşçüləri orda əvvəlki (1992-ci ildəki) mövqelərini bərpa edib, möhkəmləndiriblər. Oranı tanıyırlar bilirlər ki, həmin ərazidə erməniləri təslim etməyin ən yaxşı yolu onları mühasirədə saxlamaqdır. Ona görə də xilaskar ordumuzun taktikası ilə Məngələnatanın arxa – Qırmızı bazar tərəfində keçib, Füzuli və Məngələnata yüksəkliyini birlikdə mühasirəyə salmaqdır”.

Busaat.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

“Düşünürəm ki, tezliklə xəritədə cənubda Füzulinin solu və sağından bir-birinə yaxınlaşan yaşıl ərazilər birləşəcək və ortada qalan qırmızı ərazi artıq bizim olmaqla narahatlıq yaratmayacaq. Rəşadətli ordumuz da Qırımızı Bazardan Domu yolu ilə Şuşaya doğru irəliləyəcəkdir.

Eyni zamanda şimal-qərbdən də ordunun Şuşaya doğru irəliləməsi nəticəsində Şimal və Cənub korpusunun görüş yeri Xankəndi və Şuşa olacaq. Yolları açıq və aydın olsun! Tezliklə Şuşada görüşənədək!” – Q.İbadoğlu qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki