Azərbaycanda ictimai iaşə dövriyyəsi artıb

image-statibackend
Bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 6 % artaraq 801,8 milyon manat təşkil edib.

Busaat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Dövriyyənin 7,98 milyon manatı dövlət, 793,8 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.

Özəl sektorda isə dövriyyənin 51,1 %-i hüquqi şəxslərin, 48,9 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 6,9 % artaraq 406 milyon manat olub.


Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki