.
Xəbər verdiyimiz kimi, sentyabrın 28-i 00:00-dan ölkə ərazisində hərbi vəziyyət elan olunub.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.
Fərmanda qeyd olunub ki, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilib.
Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilib, xüsusi giriş-çıxış rejimi tətbiq edilib, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülüb.
Oxu.Az-ın fotoqrafı Bakıda qurulan komendant postlarının şəkillərini kamerasının yaddaşına köçürüb.