Dünya Uyğur Konqresinin sədri Rabia Kadir Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında son günlər yaşanan gərgin döyüşlər, xüsusilə mülki insanların itkisi ilə bağlı dərin üzüntü keçirdiyini ifadə edib.
R.Kadir Turkustan.info-ya açıqlamasında Azərbaycanın işğal olunmuş torpaqlarından didərgin düşmüş 1 milyona yaxın azərbaycanlının doğma torpaqlara dönməsi üçün Allaha dua etdiyini bildirib:
“Əziz azərbaycanlı qardaşlarım. Doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz doğma evlərinə dönməsi, zülm və istibdada uğrayan millətlərin öz haqlarına qovuşması bizim ən başlıca istəyimizdir. Biz bu işğalçı təcavüzün sona çatmasını, bölgə insanlarının sülh şəraitində yaşamalarını istəyirik”.