Ərəb-fransız televiziyası diplomatımızın Ermənistanla nasistlərin müqayisəsini paylaşdı – FOTO

Ərəb-fransız televiziyası diplomatımızın Ermənistanla nasistlərin müqayisəsini paylaşdı – FOTObackend

Fransa və Əlcəzairdə fəaliyyət göstərən ərəb dilli peyk kanalı “Beur TV” Qarabağ müharibəsinə həsr edilmiş material dərc edib.

Busaat.az  xəbər verir ki, eyni vaxtda ərəb, ingilis və fransız dillərində yayımlanan materialda Azərbaycan XİN-nin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərovun “Qarabağ müharibəsi anti-Münhendir – Ermənistanla nasistlər arasında 5 bənzərlik” başlıqlı şərhinə istinadən Ermənistanın fəaliyyəti, Nasist Almaniyasının Münhendən öncə və sonrakı davranışı ilə müqayisə olunub.

Telekanalın rəsmi səhifəsində yerləşdirilmiş yazının girişində qeyd olunur ki, birinci mərhələsi 1988-94-cü illərdə başlamış Ermənistan-Azərbaycan müharibəsi Dağlıq Qarabağ və ətraf ərazilərdə yenidən alovlanıb.

Məqalədə qeyd olunur ki, nasistlərin 1938-ci ildə Çexoslovakiyaya qarşı fəaliyyətinin bənzəri olaraq, Ermənistan da öncə qonşularına qarşı ərazi iddiaları üçün qonşu ölkələrdə yaşayan azlığın guya, “hüquqlarının pozulmasından” bəhanə kimi istifadə edib. Nasistlər üçün Çexoslovakiyada bəhanə Sudet almanları, Ermənistan üçünsə Dağlıq Qarabağ erməniləri idi.

Daha sonra nasistlərin Sudetdə yaratdığı radikal faşist qruplarının bənzəri olaraq, Ermənistan Dağlıq Qarabağda etnik ermənilərdən radikal millətçi qruplar yaradır.

Üçüncü bənzərlik Hitler Almaniyasının və Ermənistanın radikal millətçi siyasilərin “soydaşlarının qorunması” adı ilə qonşulara qarşı ərazi iddiaları irəli sürmələri və ilhaq qərarlar qəbul etmələri ( Hitlerin Münxen iddiaları və Ermənistan parlamentinin 1 dekabr 1989-cu il tarixli ilhaq fərmanı), bununla da münaqişənin alovlanması faktı göstərilir. Dördüncü amil hər iki tərəfin, yəni nasistlərin və ermənilərin iddia etdikləri ərazilərlə yanaşı ətraf regionları da işğal etməsidir – Almaniya Sudetlə kifayətlənməyib bütün Çexoslovakiyanı, Ermənistan isə Qarabağ ətraf 7 rayonunu işğal etmişdir.

Nəhayət, beşinci bənzərlik olaraq işğalçıya qarşı dünya birliyinin yumşaq davranışın mənfi nəticələri göstərilir. Münhendə “nəyin bahasına olursa sülh” prinsipi və işğalçını sakitləşdirmə siyasəti iflasa uğrayaraq nəinki sülhü bərqərar etmədi – İkinci Dünya Müharibəsinin alovlanmasına təkan verdi. Eynilə dünya ictimaiyyətini Ermənistana təzyiq göstərməməsi 30 ilə yaxındır işğalçının yeni ərazi iddialarına şirnikləndirmiş oldu. Bunun sübutu olaraq səfirimiz H.Trumenin məşhur ifadəsini qeyd edir: “Dünya Münhendə öyrəndi ki, təhlükəsizlik (işğalçını) şirnikləndirməklə əldə olunmur”.

Sonda müəllif qeyd edir ki, bu bənzərliklər fonunda bir böyük fərq var – bu günün Azərbaycanı 1938-ci il Çexoslovakiyası deyil. Bu səbəbdən bu gün Azərbaycanın başlatdığı əks hücum, təkcə işğal olunmuş torpaqlarımızın azad etmək üçün deyil, daha geniş mənada Münhen kabusunun yenidən dirilməsinə qarşı mübarizə nümunəsidir. Qeyd edək ki, Fransada çox güclü olan Əlcəzair diasporu tərəfindən təsis edilmiş “Beur TV” həm Fransada, həm də Əlcəzairdə fəaliyyət göstərir. Populyar ərəb-fransız kanalı olan “Beur TV” xüsusən də ötən il Əlcəzairdə baş verən kütləvi xalq hərəkatından sonra populyarlıq qazanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki