“Erməni lobbisinin təbliğat maşınını darmadağın edə bilərik” – Aslan İsmayılov

“Erməni lobbisinin təbliğat maşınını darmadağın edə bilərik” – Aslan İsmayılovbackend

“Ordumuz dünyaya yeni texnoloji müharibə dərsi keçdi və artıq bir çox hərbi ekspertlər Azərbaycanın müharibə aparma taktikasını müharibələr tarixində inqilabi dönüş adlandırırlar”.

Busaat.az xəbər verir ki, bunu erməni lobbisinin güclü olamsı ilə bağlı fikirlərə münasibət bildirən hüquqşünas Aslan İsmayılov bildirib.

Aslan İsmayılova görə, erməni lobbisi heç də güclü deyil. Bu, sadəcə uydurulmuş “mif”dir. Necə ki, “Ohonyan səddi” “mif”i yaratmışdılar:

“Şanlı Ordumuz 30 il tikilən o “səddi” bir neçə günə yarıb keçdi. Sadəcə olaraq bizlər daha çox təşkilatlanmalı, maliyyə imkanlarımızı doğru istiqamətə yönəltməliyik. Misal üçün sosial şəbəkələrdə tanınan, böyük auditoriyaya malik xarici bloggerlər var. Diqqətimi çəkən məqam odur ki, bir çoxu erməniləri müdafiə edirlər. Elə bilirsiniz ermənilərə olan məhəbbətdən irəli gəlir?! Əsla! Sadəcə, onlar hamısı erməni lobbisindən qidalanırlar.

Bizim də xaricdə vətənpərvər, imkanlı həmvətənlərimiz var. Onlara buradan səslənirəm ki, heç kimi, heç bir göstərişi gözləməyin. Bu günlər hamımız fərdi qaydada əlimizdən gələni etməliyik. Əllərinizdə olan imkanlar, vasitələri işə salın və erməni lobbisi maşının bir maddi maraqlar üzərində qurulmuş “mif” olduğunu sübuta yetirin.

Ordumuz dünyaya yeni texnoloji müharibə dərsi keçdi və artıq bir çox hərbi ekspertlər Azərbaycanın müharibə aparma taktikasını müharibələr tarixində inqilabi dönüş adlandırırlar. Ən azından bu müharibədən sonra tankların 100 illik hegemonluğu tarixin keçmişinə qərq olacaq. Eyni qaydada erməni lobbisinin təbliğat maşınını darmadağın edə bilərik. Biz düşməndən qat-qat güclüyük! Çünki biz haqlı tərəfik”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki