Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.
Müdafiə Nazirliyindən Busaat.az-a verilən məlumata görə, bu müddət ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir:
– 200-dək tank və digər zirehli texnika;
– 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
– 30 ədəd hava hücumundan müdafiə vasitələri;
– 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
– 5 silah-sursat anbarı;
– 110-dan artıq avtomobil texnikası;
– 1 ədəd “S-300” zenit-raket kompleksi.