“Ermənistan anladı ki, danışıq oyunları bitdi” – Natiq Cəfərli

“Ermənistan anladı ki, danışıq oyunları bitdi” – Natiq Cəfərlibackend

“Bir neçə gündən sonra döyüşü saxlamaq üçün beynəlxalq basqılar artacaq”.

Busaat.az xəbər verir ki, bunu indiki şəraitdə Azərbaycanla Ermənistan arasında gedən döyüşlərin ilkin nəticələrini dəyərləndirən “Respublikaçı Alternativ” (ReAL) Partiyasının icra katibi Natiq Cəfərli deyib.

Natiq Cəfərli vurğulayıb ki, Qzərbaycan tərəfi hərbi üstünlük qazanıb. Lakin söhbət tək ərazilərimizin bir qisminin azad edilməsindən deyil, həm də psixoloji üstünlükdən gedir:

“Düşmən ölkə anladı ki, Qarabağı unutmamışıq, vuruşa bilirik. Bu günün Azərbaycanı 90-ların vəziyyətində deyil. Beynəlxalq ictimaiyyət də ayıldı. Qarabağ məsələsini unutdurmağa çalışırdılar, anladılar ki, unutmamışıq. Eyni zamanda xalq olaraq özgüvən yarandı, əziklik və məğlubiyyət sindromu canımızdan çıxmalıdır. Ermənistan anladı ki, indi qərar verməlidirlər, ya müstəqil ölkə olub axmaq iddialarından əl çəkəcəklər, ya da əl buyruqçusu olaraq maşa kimi işlədiləcəklər, amma yenə də torpaq qazana bilməyəcəklər. Sonda həm işğal etdikləri torpaqları, həm də gələcəklərini itirəcəklər. Qarabağda yaşayan erməni əsilli azərbaycanlılar (azərbaycanlı vətəndaşlıq tanımıdır, etnik mənsubiyyət deyil) da qərar verməlidirlər ki, ya Azərbaycanın vətəndaşlığını qəbul edib gələcəkdə rifah içində yaşayacaqlar, ya da öz axmaq siyasətçilərinin əlində oyuncaq olmaqda davam edərək, fiziki mövcudiyyət problemi ilə üzləşəcəklər”.

Natiq Cəfərli mümkün təhlükələrə də toxunaraq qeyd edib ki, Rusiya Paşinyanı dəyişsə, yerinə gətirəcəyi şəxsə siyasi nüfuz və legitimlik yaratmaq üçün əks-həmlələr təşkil edə bilər:

“Gözləntiləri çox şişirtmişik, xəyal qırıqlığı yaranmaması üçün bu gün əldə etdiyimiz naliyyətləri ciddi önəmsəməliyik, bu döyüşə son döyüş kimi yox, davamlı proses, danışıqlarda ciddi üstünlük kimi baxmalıyıq. Bir neçə gündən sonra döyüşü saxlamaq üçün beynəlxalq basqılar artacaq. Ona görə də əldə etdiyimiz uğurları möhkəmlətmək üçün indidən işlərə başlamalıyıq.

Media, xəbər siyasətimiz yaxşılaşsa da, yetərli deyil, bu yöndə işlər görülməlidir. Təbliğat işini koordinasiya etmək üçün vahid mərkəz yaranmalıdır. Burada siyasi mənsubiyyət ikinci dərəcəli məsələ olmalı, hədəf Qarabağla bağlı beynəlxalq təbliğatın koordinasiyası olmalıdır”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki