Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.
Busaat.az xəbər verir ki, tərəflər Dağlıq Qarabağdakı hərbi əməliyyatları müzakirə ediblər.
Çavuşoğlu Ermənistan – Azərbaycan münaqişəsində daimi həll olmadıqca atəşkəsin heç bir əhəmiyyət daşımayacağını bildirib:
“Atəşkəs bu gün əldə olunsa belə, işğal edilmiş ərazilər boşaldılmasa, münaqişə sabah yenidən başlaya bilər”.