Ermənistanın Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun mövqelərinə “endirdiyi zərbələr”lə bağlı hazırladığı videogörüntülərdə istifadə olunan musiqi türk müəllifinə aiddir.
Busaat.az-ın məlumatına görə, sözügedən musiqi parçasının müəllifi türkiyəli prodüser Mustafa Yazıcıoğludur.
Beləliklə, düşmən ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyanın tez-tez öz sosial şəbəkə hesabında paylaşdığı həmin görüntülərin hazırda cəbhədə baş verənlərlə bağlı həqiqəti əks etdirmədiyi kimi, videoların fonunda istifadə olunan musiqi də qeyri-orijinaldır.
Həmin musiqi parçasını təqdim edirik: