“Qarabağ münaqişəsinin tək bir həlli yolu var: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxacaq”.
Busaat.az xəbər verir ki, bu sözləri bu gün Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu AK Partinin başqan vəkili Numan Kurtulmuş ilə Azərbaycanın Ankaradakı səfirliyində olarkən deyib.
Çavuşoğlu qeyd edib ki, torpaqları işğal edilən Azərbaycanla torpaqları işğal edən Ermənistan bərabər tutula bilməz
“Türk milləti olaraq qardaş Azərbaycanın yanındayıq. Necə ki, qardaş Azərbaycan hər bir məsələdə Türkiyənin yanındadır. Biz hazırda bir dövlət olaraq hərəkət edirik”.
Numan Kurtulmuş isə çıxışı zamanı deyib ki, hər hansı Azərbaycan kəndinə edilən hücum Türkiyənin hansısa kəndinə edilmiş hücumdur:
“Hər bir azərbaycanlıya edilən hücum 83 milyonluq Türkiyəyə qarşı edilən hücumdur. Ermənistanın arxasında kim dayanırsa-dayansın, Azərbaycan inamla, inancla qalib gələcək”.