HƏMAS İsraillə atəşkəsə razılaşıb.
Busaat.az xəbər verir, hərəkat Misir və Qətər vasitəçilərinə onların Qəzza zolağında atəşkəsin yaradılmasına dair təklif etdikləri saziş layihəsini bəyəndikləri barədə məlumat verib.
Müvafiq bəyanat HƏMAS-ın rəsmi teleqram kanalında dərc olunub.
“HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin Baş naziri Məhəmməd bin Abdel Rəhman Əl Tani və Misir Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamel ilə telefon danışığı aparıb və hərəkat təklif etdikləri atəşkəs sazişi layihəsini təsdiqləmişdi”, – sənəddə deyilir.
Qeyd edək ki, ötən ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.