İngiltərə parlamenti Ermənistanı qınayan petisiya hazırladı

İngiltərə parlamenti Ermənistanı qınayan petisiya hazırladıbackend

Böyük Britaniya Parlamenti (Nümayəndələr Palatası) erməni qüvvələrinin işğal etdiyi torpaqlardan dərhal çıxarılmasını tələb edən petisiya imzalayıb.

Busaat.az xəbər verir ki, sənəd Böyük Britaniya Parlamentinin rəsmi internet səhifəsində yerləşdirilib. Konservativlər partiyasından olan Blekman Bob və Bottomli ser Piter tərəfindən oktyabrın 1-də qaldırılan petisiyada deyilir:

“Parlament bildirir ki, Ermənistanın 27 sentyabr 2020-ci ildə başlayan və hər gün daha da böyüməyə davam edən təcavüzü Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi bölgə üzərində qanunsuz hərbi nəzarətindən qaynaqlanan və 30 mindən çox insanın həlak olmasına, 1 milyondan çox insanın qaçqın düşməsinə səbəb olan Ermənistan-Azərbaycan arasındakı silahlı münaqişəni daha da artırır. Bununla yanaşı, Türkiyə və Rusiyanın cəlb olunması ilə konfliktin genişlənməsi təhlükəsi yaranır.

Parlament İngiltərə hökumətini Ermənistanı 1994-cü ildə əldə edilmiş atəşkəsi kobud şəkildə pozduğuna və Azərbaycanın silahlı qüvvələri, mülki şəxslərinin mövqelərinə intensiv hücumda iriçaplı silah, minaatan və artilleriya silahlarından istifadə etdiyinə görə qınamağa və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə göstərildiyi kimi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qanunsuz olaraq işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki