Moskva görüşündə Azərbaycanın mövqeyinə xüsusi yanaşılacaq – ŞƏRH

image-646776ca6a383646776ca6a3841684502218646776ca6a381646776ca6a382backend

Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi nəzərə tutulur. Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında mayın 25-də Moskvada keçiriləcək görüşdə sülh sazişinin imzalanmasını qeyri-real hesab etdiyini bildirib.

Bəs görəsən, növbəti Moskva görüşündə hansısa konkret razılaşmalar əldə oluna bilərmi? Azərbaycan tərəfi hansı təklifləri irəli sürəcək?

Mövzu ilə bağlı politoloq, Sosial Tədqiqatlar Mərkəzinin Sektor müdiri Tural İsmayılov Busaat.az-a açıqlamasında konkret nəticələrin əldə edilməyəcəyini bildirib:

image-e8462e2f-1104-48a8-8ab2-970f7d7eb76c

“Güman etmirəm ki, Moskva görüşündə konkret nəticələr əldə olunsun. Çünki, Azərbaycan və Ermənistan münasibətlərinin indiyə qədər həll edilməməsinin və yaxşılaşmamasının ən böyük səbəbkarlarından biri məhz Rusiyadır.

Bu baxımdan hələ də 10 noyabr 2020-ci il bəyanatının dördüncü maddəsi yerinə yetirilməyib. Hələ də rus sülhməramlılarının Xankəndi və ətraf rayonlardakı erməni, separatçı tör-töküntülərinin bölgədən uzaqlaşması ilə bağlı hansısa addım atması görülmür.

Belə olan təqdirdə Moskva görüşündə hansısa konkret razılaşmaların əldə olunacağına şühbə ilə yanaşıram.

Eyni zamanda Azərbaycan tərəfi sərhədlərin delimitasiyası, iki ölkə arasında sülhün tezliklə əldə edilməsi və bir çox digər məsələlərdə razılıq əldə edə bilər.

Məhz Azərbaycanın mövqeyi də burada xüsusi qaldırılacaqdır. Hesab edirəm ki, Azərbaycan tərəfi xüsusilə sərhədlərin demarkasiya və delimistasiyası prosesi ilə bağlı daha əməli və işlək mexanizmlərin hazırlanması üçün daha çox təkid edəcəkdir…”

Bünyamin Bünyadzadə

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki