Mövlud Çavuşoğlu Qarabağ məsələsi ilə bağlı Rusiyaya irad bildirdi
“Hər kəsin haqqın yanında olması lazımdır. Haqlı olan kimdir? Azərbaycan. Rusiya da bu mövqedə olmalıdır. Bu problemin həlli üçün ən çox Rusiya cəhd etməlidir. Ancaq bu günədək onların bu problemin həlli üçün töhfəsinin nə qədər olduğunu hər kəs bilir”.
Busaat.az TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.
“İndiyədək gördüyümüz davranış odur ki, Azərbaycanla işğalçı Ermənistanı bir tuturlar”, – nazir vurğulayıb.
Yeri gəlmişkən, Çavuşoğlu özünün “Twitter” hesabında bunları yazıb: “Can Azərbaycanın Prezidenti İlham Əliyevə Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salam və dəstəklərini göndərdik. BİZ BİR MİLLƏTİK! Ehtiyac olarsa, bir dövlət kimi davranacağımızdan heç kimin şübhəsi olmasın. Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir!”
Loading...