Separatçı və qondarma “Dağlıq Qarabağ Respublikası”nın “başçısı” Araik Arutyunyan deyib ki, erməni hərbçiləri Azərbaycanın dərinliklərində hərbi əməliyyatlar aparmaq məcburiyyətində qalacaq.
Busaat.az xəbər verir ki, bu barədə hərbi müxbir Semyon Peqovun WarGonzo Telegram kanalı məlumat yayıb.
Onun fikrincə, guya Azərbaycan Xankəndi də daxil olmaqla digər yaşayış məntəqələrini atəşə tutur.
Dağlıq Qarabağda silahlı toqquşmalar 27 sentyabrda başlayıb. Azərbaycan düşmən nəzarətində olan Cəbrayıl şəhərini və bir neçə kəndi geri qaytardığını bildirib.
Ermənistan bu məlumatı təkzib edir. Eyni zamanda, Arayik Arutyunyan Talış bölgəsindəki və cənub istiqamətindəki mövqelərinin bir hissəsini itirdiyini etiraf edib.