İşğalçı Ermənistanın Baş Naziri Nikol Paşinyan Putinə zəng edərək onu ad günü münasibətilə təbrik edib.
Busaat.az xəbər verir ki, bu barədə Kremlin rəsmi internet səhifəsində məlumat verilib.
Zəngin təfərrüatları açıqlanmasa da onun bu dəfə də Rusiya Prezidenti ilə Qarabağ münaqişəsini müzakirə etdiyi bildirilib.
Qeyd edək ki, bu, Qarabağda hərbi əməliyyatların başlanmasından etibarən Paşinyanın Putinə 5-ci zəngidir.