Həftlərdir Ermənistan və onun xaricdəki təbliğatçıları özlərinin düzüb-qoşduğu “feyk” xəbərlərə, qurama “dəlillərə” söykənərək Qarabağda Azərbaycan ordusunun tərəfində “suriyalı terrorçuların” döyüşdüyü barədə beynəlxalq səviyyədə böyük kampaniya aparır. Və bəzi dövlətlər ya bu kampaniyanın təsiri altına düşərək, yaxud özləri də həmin kampaniyanın iştirakçıları, təşkilatçıları olduqlarınan Türkiyəni “terrorçuları regiona gətirməkdə” ittiham edirlər.
Hansı ki, regiona terrorçuları daşıyanın məhz Ermənistan və onun Avropadakı bəzi dəstəkçiləri olduğu barədə tutarlı sübutlar, dəlillər hələ Qarabağda müharibə başlamazan xeyli əvvəl yayılmışdı. Ermənistanın Suriya və İraqdan minlərlə PKK/YPG terrorçularını daşıyıb Qarabağda yerləşdirdiyi bütün təfərrüatları ilə məlum idi, ictimailəşmişdi və KİV-lər bu haqda yazmışdı. Ermənistan və onun himayəçiləri PKK/YPG terrorçularının Qarabağa daşınmasını “Türkiyənin regionda güclənməsi təhlükəsi” ilə əsaslandırmışdı. Yəni ortada onların məntiqinə görə, ümumi maraqlar olmalıydı.
Lakin “terrorçular” mövzusunu müasir geosiyasətdə öz maraqlarını həyata keçirmək üçün universal alətə çevirən dövlətlər bu məsələdə Ermənistana heç bir irad irəli sürmədilər və əvəzində “feyk” xəbərlərə, qurama “dəlillərə” söykınərək Azərbaycanı, Türkiyəni ittiham etməkdədirlər.
İndi isə PKK/YPG terrorçularının Qarabağda ermənilərlə birlikdə Azərbaycana qarşı necə döyüşdüyünə dair sensasion kadrlar yayılıb. Bu videokadrlarda əllərində PKK bayrağı tutmuş onlarla terrorçu ermənilərlə birlikdə döyüş mövqelərindən birində rəqs edib əylənir, ermənilərlə PKK-çıların qardaşlığı haqda şüarlar deyir.
Yəni terrorçuları regiona cəlb etməyin mümkün təhlükələri haqda danışanlar məhz bu kadrlara diqqət yetirməlidir və Ermənistana sual etməlidir-YPG/PKK terrorçularının Qarabağda nə işi var?
Hansı ki, döyüş əməliyyatları başlayandan bəri PKK terrorçularının Qarabağa axını daha da artıb. Təkcə oktyabrın 8-də Suriyadan 380 PKK muzdlusunun Qarabağda döyüşmək üçün Ermənistana gətirildiyi məlum olmuşdu. Habelə Livandan “ASALA” erməni terror təşkilatının üzvlərinin Qarabağa gətirildiyi artıq təkzibedilməz faktdır, bunu Yerevanda da inkar etmirlər. Əksinə, Qarabağda uduzacaqları halda Azərbaycanı “ASALA” nın əliylə törədiləcək terrorla hədələyirlər.
Yəni terrorçuları regiona cəlb etməyin mümkün təhlükələri haqda danışanlar məhz bu kadrlara diqqət yetirməlidir və Ermənistana sual etməlidir-YPG/PKK terrorçularının Qarabağda nə işi var? Hansı ki, Ermənistan baş naziri Paşinyan əvvəlcədən “sığortalanmaq” üçün bu ölkədə yaşayan yezidi kürdlərin ayrıca batalyon təşkil edib Qarabağa getdiklərini açıqlamışdı.
Ermənistan İraqdan da PKK/YPG terrorçularını daşımaqdadır və bu məqsədlə mülki reyslərdən istifadə edir, nəticədə beynəlxalq aviasiya normalarını pozur.
Prezident İlham Əliyev xarici KİV-lərə müsahibələrindən birində Qarabağdakı PKK bazaları haqda danışıb və Azərbaycan ordusunun onları darmadağın edəcəyini bildirib.
Virtualaz.org