Ramin Quluzadə beynəlxalq tədbirdə erməni təxribatından danışdı

Ramin Quluzadə beynəlxalq tədbirdə erməni təxribatından danışdıbackend

Elm və Texnologiya Nazirlərinin 17-ci “Dəyirmi Masa”sı virtual formatda keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Busaat.az-a verilən məlumata görə, Yaponiya, Avstraliya, Braziliya, Kanada, İsveçrə, Norveç, Rusiya, İran, İspaniya, Argentina, Tayland da daxil olmaqla, ümumilikdə 50-yə yaxın ölkənin nazirləri və müavinlərinin iştirak etdiyi tədbirdə NRYT naziri Ramin Quluzadə çıxış edərək son zamanlar cəbhə xəttində baş verən hadisələr barədə geniş məlumat verib.  Nazir bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən 1 milyondan çox azərbaycanlı hələ də qaçqın olaraq qalır.

Ermənistanın son hərbi təxribatları nəticəsində 10-dan çox təhsil ocağı  və digər infrastruktur dağıdılaraq zərər görüb. Ramin Quluzadə bu təcavüz nəticəsində həyatını itirən mülki şəxslər arasında bacı-qardaş olmaqla iki şagirdin və 1 yaralı müəllimin olması faktını böyük təəssüflə səsləndirib.

Hazırda bölgədə bütün sahələrdə olduğu kimi elm və İKT sahəsində də inkişaf üçün təhlükə yaradan erməni təxribatlarına və təcavüzlərinə cavab olaraq lazımi addımların atıldığını vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki