Real TV-nin əməkdaşının evinə də mərmi düşüb – Video

Real TV-nin əməkdaşının evinə də mərmi düşüb – Videobackend

Ermənistan ordusu ağır artilleriyadan istifadə etməklə Tərtərin yaşayış obyektlərini atəşə tutmaqda davam edir.

“Qafqazinfo”nun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşlarının verdiyi məlumata görə, atılan mərmilər nəticəsində bir sıra yaşayış evləri dağılıb.

Zərər görmüş evlər arasında Real TV-nin müxbiri Kamil Balakişiyevin evi də var.

Əməkdaşlarımızla söhbətləşən jurnalist qeyd edib ki, baş verənlərə baxmayaraq, əhalidə əhval-ruhiyyə yüksək səviyyədədir.

“Eybi yox, təki olan evə olsun. Əsas odur ki, mülki vətəndaşlara və Azərbaycan Ordusuna heç nə olmasın. Tərtərdə əhval-ruhiyyə çox yüksəkdir. İnsanlar Ordumuza və Ali Baş Komandanımıza güvənir” , – deyə o, qeyd edib.

Emin Səfərov

Video: Pərvin Zeynal

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki